ABŞ və Çin Tik-Tok məsələsində razılığa gəldi
Vaşinqton və Pekin TikTok-un Amerika seqmentini investorlar konsorsiumuna – “Oracle”, “Andreessen Horowitz” və “Silver Lake”ə satmaq barədə razılığa gəliblər.
SAVASHMEDİA.az bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verir.
Sövdələşmə Çinin ByteDance şirkətinin TikTok-dakı payının 20%-dən aşağı ixtisarını nəzərdə tutur. Bu, xidmətin ABŞ-də fəaliyyətini davam etdirməsinə və milli təhlükəsizlik qanununun tələblərinə əməl etməyə imkan verəcək. Konsorsium üzvlərinin səhmlər paketinin dəqiq ölçüsü açıqlanmır, lakin “The Wall Street Journal”ın məlumatına görə, amerikalı investorlar təxminən 80%-ə sahib olacaqlar.
İlkin razılaşmalara əsasən, tətbiqin idarə olunması üçün yeni Amerika şirkəti yaradılacaq. Direktorlar şurasındakı əksəriyyət yeri ABŞ vətəndaşları tutacaqlar, bir üzvü isə ABŞ hökuməti təyin edəcək.
“Bloomberg” qeyd edib ki, Oracle şirkəti TikTok-a bulud xidmətləri göstərməyə davam edəcək.
Xatirə SADİQ