Baş qərargah rəisi hərbi təlimlərə qatılmadı - Rusiyada

Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun “Zapad-2025” təlimlərində görünməməsi kütləvi informasiya vasitələrinin diqqətini cəlb edib. 

Sep 17, 2025 - 16:03
Baş qərargah rəisi hərbi təlimlərə qatılmadı - Rusiyada

SAVASHMEDİA.az bu barədə Rusiya KİV-nə istinadən xəbər verir.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Peskov baş qərargah rəisinin təlimlərdə iştirak etmədiyini təsdiqləyib. 

“Xüsusi hərbi əməliyyat aparılır. Və bu əməliyyatın ümumi koordinasiyasına rəhbərliyi, əlbəttə ki, baş qərargah rəisi yerinə yetirir”, - deyə Peskov iddia edib. 

Yerli media qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin təlimlərdə iştirak edib. O, Nijni Novqorod vilayətindəki Mulino poliqonunda hərbi formada olub. Onu müdafiə naziri Andrey Belousov qarşılayıb, general Andrey Mordviçev isə onu poliqonda gəzdirib. Baxış zamanı Putini müdafiə nazirinin müavini Yunus-Bek Yevkurov və prezidentin köməkçisi Aleksey Dyumin müşayiət edib.

Xatirə SADİQ