Gürcüstan hakimiyyətinə kibermüharibə elan edildi

“Anonymous” hakerlər qrupu Gürcüstan hökumətinə qarşı kibermüharibə elan edib.

Dec 5, 2024 - 14:03
Gürcüstan hakimiyyətinə kibermüharibə elan edildi

SAVASHMEDİA.az xəbər verir ki, qrupun bəyanatı “X” platformasında yayılıb. 

“Sizin rusiyayönlü “Gürcü Arzusu” partiyası və onun lideri Bidzina İvanişvilinin rəhbərlik etdiyi rejim xalqın iradəsinə xəyanət edib. 

“Anonymous” sizin rejiminizə qarşı kibermüharibə elan edir. Xalqa qorxu və zorakılıqla nəzarət etmək, onların ədalət uğrunda mübarizəsini boğmaq cəhdləriniz uğursuzluğa düçar olacaq. Həqiqət və azadlıq silahı olan İnternet sizə qarşı yönələcək.

“Anonymous” bu mübarizədə onların səslərini gücləndirməklə və zülm sistemlərinə hücum etməklə gürcü xalqı ilə çiyin-çiyinə dayanır”, - deyə bəyanatda vurğulanıb.

Xatirə SADİQ