Tramp üçün səyyar McDonald's quraşdırıldı - Ər-Riyadda

Səudiyyə Ərəbistanı hakimiyyəti ABŞ prezidenti Donald Trampın səfəri zamanı onun könlünə xoş gəlmək məqsədilə səyyar “McDonald's” quraşdırıb.

May 14, 2025 - 12:21
Tramp üçün səyyar McDonald's quraşdırıldı - Ər-Riyadda

SAVASHMEDİA.az bu barədə “Newsweek” nəşrinə istinadən xəbər verir. 

“Newsweek” jurnalistləri bildiriblər ki, iki pilləkənli treyler Ər-Riyadda “Media Oasis” media mərkəzi ətrafında dayandırılıb. Burada amerikalı prezidenti səfərdə müşayiət edən jurnalistlər yerləşiblər. 

Trampın fastfud həvəskarı olduğu məlumdur. Onun iş masasında hətta “Coca-Cola”dan köməkçilərini çağırmaq üçün düymə var. Lakin amerikalı prezidentin Səudiyyə Ədəbistanında McDonald's-da nahar edib-etmədiyi barədə məlumat yoxdur. Səudiyyə Ərəbistanında McDonald's-ın stasionar restoranları var. KİV-in məlumatına görə, onların sayı 160-dan çoxdur. 

Xatirə SADIQ