Britaniya Rusiyanı ittiham etdi - “Peyklərimizə müdaxilə...”
“Rusiya Böyük Britaniyanın hərbi kosmik peyklərinin fəaliyyətinə hər həftə müdaxilə etməyə çalışır”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu krallığın Kosmik Komandanlığının rəisi general-mayor Pol Tedman BBC-yə bildirib.
“Biz peyklərimizin kifayət qədər müntəzəm olaraq Rusiya tərəfindən söndürüldüyünü müşahidə edirik”, - deyə britaniyalı general vurğulayıb.
Onun sözlərinə görə, Böyük Britaniya peykləri söndürülməyin qarşısını alan texnologiya ilə təchiz edilib, lakin Rusiya peyklərinin “göyərtəsində faydalı yüklər var” və bu aparatlar yaxınlaşarkən digər ölkələrin peyklərini görə bilir və “onlardan məlumat toplamağa” çalışır.
General onu da bildirib ki, hər iki ölkə peyk əleyhinə silahı (lazer) sınaqdan keçirib.
BBC xatırladıb ki, Londonun orbitdə rabitə və müşahidə üçün altı peyki olduğu halda Rusiya və Çinin yüzlərlə peyki var.
Qeyd edək ki, bundan öncə Almaniya və Fransa müdafiə nazirləri ölkələrinin peyklərinə Rusiyadan gələn təhlükə barədə xəbərdarlıq etmişdilər.
Xatirə SADİQ