Ankaradan Rusiya neftindən imtina ilə bağlı açıqlama - "Qərarı özəl şirkətlər verəcək"

“Rusiya neftinin alınması ilə bağlı qərarı onu alan özəl türk şirkətləri verəcək”.

Oct 3, 2025 - 14:18
Ankaradan Rusiya neftindən imtina ilə bağlı açıqlama - "Qərarı özəl şirkətlər verəcək"

SAVASHMEDİA.az xəbər verir ki, bunu Türkiyənin energetika naziri Alparslan Bayraktar CNN Türk-ə bildirib.

 "İndiyədək bu məsələ üzrə qərarı özəl sektor özü qəbul edirdi. Çünki bunlar kommersiya xarakterli qərarlardır. Yəni biz heç kimə “buradan al, oradan alma” deməmişik. İndiyədək biz bunu etməmişik. Onlar da öz tədarükçülərini və fəaliyyətlərini öz kommersiya mülahizələrindən çıxış edərək seçiblər”, - deyə nazir vurğulayıb. 

Xatırladaq ki, sentyabrın 15-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı ABŞ prezidenti Donald Tramp Ankaraya Rusiya neftinin almaqdan imtina olunmasını təklif edib. O, izah edib ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə tədarüklər bərpa edilməməlidir.
 
Xatirə SADİQ