AQTA-dan bal satışı ilə bağlı YENİ QAYDA - Etiketdə bu cümlə mütləq olmalıdır
Azərbaycanda balın istehsalı və satışına dair yeni tələblər hazırlanır.
SAVASHMEDIA.az xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bala dair sanitariya norma və qaydalarını müəyyən edən yeni normativ sənəd layihəsi hazırlayıb.
Hazırda aidiyyəti qurumlarla razılaşdırma mərhələsində olan layihə eyni zamanda ictimai müzakirəyə təqdim edilib.
Yeni qaydalar balın tərkibi, istehsalı, saxlanması, daşınması və etiketlənməsinə dair tələbləri müəyyən edəcək.
Ən diqqətçəkən tələblərdən biri bala hər hansı kənar maddənin əlavə edilməsinin qadağan olunmasıdır.
Etiketlərdə isə “bir yaşına qədər körpələrə bal verilməməlidir” xəbərdarlığının yazılması məcburi olacaq.
Bundan başqa, botanik mənşəyi müəyyən edilən ballarda çiçək tozcuğunun minimum göstəriciləri müəyyənləşdiriləcək. Bu, balın hansı bitki mənşəli olduğunu müəyyənləşdirməyə imkan verəcək.
AQTA bildirir ki, yeni tələblər saxta bal məhsullarının qarşısının alınmasına və istehlakçı hüquqlarının qorunmasına xidmət edəcək.
Aytən