Dövlət Turizm Agentliyinin 3 milyonluq tenderləri niyə ləğv edilib? - Pozuntu aşkarlandı

Dövlət Turizm Agentliyinin bir gündə iki tenderinin nəticələri ləğv olunub. 

Oct 21, 2024 - 15:00
Dövlət Turizm Agentliyinin 3 milyonluq tenderləri niyə ləğv edilib? - Pozuntu aşkarlandı

SAVASHMEDİA.az xəbər verir ki, iki tenderin toplam dəyəri 3.2 milyon manatdan çox olub.

Rəsmi qaynaqlarda qeyd edilir ki, həmin müsabiqələrdən biri xarici mediada Azərbaycan turizm imkanlarının təbliğatı ilə bağlı xidmətlərin satın alınmasını əhatə edibmiş. Bunun üçün 2.391.157,90 manat pul da ayrılıbmış.

İkinci tender isə 948.307 manatlıq Azərbaycanın turizm imkanlarının təbliğatı ilə bağlı beynəlxalq rəqəmsal kampaniyaların həyata keçirilməsi xidmətlərinin satın alınmasından ibarət olub.

Hər iki tenderin ləğv edilməsi səbəbi isə “Dövlət Satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinin tələblərinin pozulması olub. Belə ki, Agentlik açıq tenderdə iştirak edən 3 iddiaçının sənədləri uyğun olmadığı üçün qanunun 35.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq prosesdən kənarlaşdırılıb. Bundan başqa, Anti İnhisar və İstehlak Bazarınıa Nəzarət Xidməti iddiaçıların tenderdən kənarlaşdırılması və nəticələrin ləğv edilməsi üzrə 2 saylı Protokol da tərtib edib.

Qeyd edək ki, Azərbaycan Turzim Agentliyinin son zamanlar xeyli sayda tenderləri ləğv edilir.