Bizə bu işdə ABŞ kömək edir - Dmitri Medvedev

“Rusiyanın məqsədləri 160 ildir dəyişməz qalıb – bu, Qərbin, o cümlədən Avropanın maksimum zəifləməsi və aşağıllanmasıdır”.

Oct 21, 2024 - 15:07
Bizə bu işdə ABŞ kömək edir - Dmitri Medvedev

SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “teleqram” kanalında yazıb. 

O, anti-Rusiya münasibətinə görə Qərb ölkələri ilə ittifaqı istisna edən və Moskvanın Qərb ölkələri ilə bağlı yeganə siyasətini onların ayrılmasında görən rus şairi və diplomatı Fyodor Tyutçevin 1864-cü ildəki bəyanatını xatırladıb. Şair-diplomat hesab edirdi ki, beləliklə, rəqib inamdan yox, gücsüzlükdən düşmənlikdən əl çəkəcək.

“Təəssüf ki, son 160 ildə heç nə dəyişməyib. Və vəzifələr dəyişməz olaraq qalır – Qərbin, o cümlədən Avropanın maksimum zəifləməsi və aşağılanması. Bu işdə bizə ABŞ özü kömək edir. Axı onların məqsədi Köhnə Dünyaya (eləcə də dünyanın qalan hissəsinə) hökmranlıq etməkdir”, - Medvedev vurğulayıb.

O, həmçinin Rusiyanın məqsədinin ABŞ-nin dağılması və ya SSRİ və Varşava Müqaviləsi ölkələrinin mövcudluğu dövründə olduğu kimi tam müqabilin yaranması olduğunu bildirib: “Və burada yeni balansın perspektivləri artıq görünür: ŞƏT, BRİKS, digər regional birliklər, Qlobal Cənub ölkələri ilə əlaqələrin hərtərəfli inkişafı”.

Onun fikrincə, belə bir güc balansının alternativi bəşəriyyətin tamamilə məhv edilməsinə qədər ümumi müharibədir. Medvedev hesab edir ki, Birləşmiş Ştatlara qarşı tam müqabil olmasa, dünya on il belə yaşaya bilməz. 

“Qərb bu hiyləsiz həqiqəti dərk etməsə, hər şey bitər”, - deyə o, yekunlaşdırıb.

Xatirə SADİQ