Şimali Koreya Ukraynada 4 min hərbçisini itirib – Zelenski
“Ukraynaya qarşı döyüşən Şimali Koreya hərbçilərinin itkiləri ölən və yaralananlarla bərabər 4 min nəfər təşkil edir”.
SAVASHMEDİA.az “İnterfaks-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Almaniyanın Ramştayn aviabazasında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun 25-ci iclasında deyib.
“Putin sadəcə təcavüzə qoyduğu sərmayəni saxlamır. O, bunu ikiqat artırır. Hətta bu müharibəni davam etdirmək üçün Şimali Koreyadan əsgərləri də muzdla işə götürməyə başlayıb”, - deyə Zelenski vurğulayıb.
Onun sözlərinə görə, Şimali Koreya müasir müharibə üsullarını öyrənir və insanlara dəyər vermir: “Bu günə qədər onlar 4 min insan itiriblər”.
Xatirə SADİQ