"İtirməyə vaxt yoxdur, Ukrayna ilə bağlı təcili plan qəbul etməliyik" - Avropa ABŞ-yə qarşı
Polşanın baş naziri Donald Tusk Avropanın Ukrayna ilə bağlı öz fəaliyyət planına ehtiyacı olduğunu bildirib.
SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə X platformasında yazıb.
Tusk qeyd edib ki, Avropa özünün təhlükəsizliyi naminə təcili olaraq Ukrayna ilə bağlı öz fəaliyyət planını qəbul etməlidir:
“Bunu etməsək, gələcəyi digər qlobal oyunçular həll edəcək və bu, Avropa İttifaqının maraqlarına uyğun olmayacaq. Bu planı indi hazırlamaq lazımdır. İtirməyə vaxt yoxdur".
Səlcuq