Erməni kilsəsində partlayış, keşiş ağır yaralandı

Ermənistanın Qeqarkunik vilayətindəki Martuni şəhərinin kilsəsində partlayış olub.

Feb 15, 2025 - 17:41
Erməni kilsəsində partlayış, keşiş ağır yaralandı

Nəticədə kilsənin keşişi Akop Barseqyan xəsarət alaraq, paytaxt İrəvandakı xəstəxanaya təxliyə edilib.

Onun üz, eləcə də yuxarı və aşağı ətraflarından yanıqlar olduğu açıqlanıb.

Hadisənnin səbəbi bilinmir. (apa)