İsrail azad etdiyi fələstinlilərə xüsusi köynəklər geyindirdi - Üzərində ərəbcə elə sözlər yazılıb ki...
İsrail tərəfi 369 nəfər fələstinli məhbusu azad edib.
SAVASHMEDİA.az İsrail KİV-ə istinadla xəbər verir ki, İsrail üç girov - Aleksandr Trufanov, Yair Horn və Saqi Dekel-Hen müqabilində 369 fələstinli məhbusu azad edib.
Onlardan 36-sı ömürlük həbs cəzası çəkən qatillərdir. Daha 333 nəfər oktyabrın 7-dən sonra həbs edilən Qəzza sakinləridir. Ömürlük həbs cəzasına məhkum edilmiş, amma indi azad edilən 24 məhbus dərhal Misirə deportasiya ediləcək.
HƏMAS-ın təşkil etdiyi “azadlıq mərasimləri”nə cavab olaraq, İsrail Həbsxanalar Xidməti bugünkü HƏMAS yaraqlılarına üzərində “David ulduzu” əks olunmuş və ərəbcə “biz nə unudacağıq, nə də bağışlayacağıq” yazılan köynəklər geyindirib.
Səlcuq