Toya gedirdilər, maşın kanala düşdü - Ölən var + VİDEO

Biləsuvarda ağır yol qəzası baş verib.

Dec 27, 2025 - 18:36
Toya gedirdilər, maşın kanala düşdü - Ölən var + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun rayon ərazisindən keçən hissəsində olub.

Belə ki, hərəkətdə olan “Lexus” markalı minik avtomobili idarəetməni itirərək Mil-Muğan kanalına düşüb.

Məlumata görə, avtomobildə 6 qadından 1-i qəzada həlak olub, yaralılar var.

Bildirilir ki, xanım sürücü və sərnişinləri toya gedirmişlər.