Azərbaycanda məşhur generalın qardaşı avtobusda vəfat etdi – FOTO
Tanınmış uşaq cərrahı Aydəmirov Məhyəddin dünyasını dəyişib.
SAVASHMEDİA.az unikal-a istinadən xəbər verir ki, vəfat edən M.Aydəmirov ehtiyatda olan general-leytenant, keçmiş korpus komandiri Yaşar Aydəmirovun qardaşıdır.
Qeyd edək ki, mərhum həkim 1993-2023-cü illərdə Sumqayıt Uşaq Xəstəxanasında uşaq cərrahı olaraq çalışıb. O, avtobusda ürəktutmadan həyatını itirib. Ötən gün dəfn olunub.
Fotoda: Yaşar Aydəmirov və Məhyəddin Aydəmirov