"Gecə mesaj yazdı ki, çıxaq gedək buralardan" - Generalın oğlu istintaqa cəlb olundu + VİDEO

“Mənə şər-böhtan atırlar. Bir dəfə avtomobillə adam vurmuşam deyə cəmiyyətin yadında pis qalmışam. Allah dünyasını dəyişənə rəhmət eləsin. Amma bu, hər kəsin başına gələ bilər”.

Jan 27, 2026 - 15:40
Jan 27, 2026 - 16:08
"Gecə mesaj yazdı ki, çıxaq gedək buralardan" - Generalın oğlu istintaqa cəlb olundu + VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, bu sözləri ehtiyatda olan general-mayor Novruzəli Orucovun oğlu Rüstəm Orucov keçmiş sevgilisi, bloger Nərmin Xudaverdiyevanın ittihamlarına cavab olaraq bildirib.

General oğlu haqqında gəzən söz-söhbətlərə belə reaksiya verib:

“Guya kimisə döymüşəm, təhqir etmişəm, kiməsə ev almışam və sair. Bunların heç biri olmayıb.  Guya mən saxta (fake) profil açıb öz-özümə mesaj yazmışam. Yanvarın 25-də 00:13 radələrində mənə saxta bir profildən “Lazım olar buralardan gedərik bir gün” yazılmış mesaj gəldi. Onun izləyicilərinin hamısı bilir ki, Nərmin sevgili olan vaxtlarımızda mənimlə bağlı paylaşımları həmin mahnı ilə edirdi. Soruşdum kimdir? Yazdı ki, mənəm də filankəs. Harada olduğunu soruşdum. Yazdı ki, boş ver, özünə yaxşı bax, mən sənə baxa bilmədim. Soruşdum ki, o nə deməkdir? Mənə şəklimi göndərdi, hansı ki, özü çəkmişdi. Yazdı ki, kim çəkibsə, halal olsun, qəşəng şəkildir.

Bununla bağlı ekran görüntüləri (skrinlər) var və hamısını saxlayıram”.

R.Orucov bildirib ki, kim kimi narahat edir, kim kimə problem yaradırsa, bununla bağlı bütün sübutlar dövlət orqanlarına təqdim olunub:

“Ehtiyac olsa, ictimaiyyətə də göstəriləcək. Sosial şəbəkələrdə danışılanların hamısı düzdür deyə bir şey yoxdur. Mən bloqer deyiləm, hamıya bir-bir açıqlama verim. Açıqlamanı dövlət qurumlarına vermişəm”. 

Qeyd edək ki, Nərmin Xudaverdiyeva keçmiş sevgilisi Rüstəm Orucov tərəfindən sosial şəbəkələrdə təhdid edildiyini bildirərək polisə müraciət edib. Rüstəm Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəis müavini, general-mayor Novruzəli Orucovun oğludur. O, əvvəllər xuliqanlıq və avtoxuliqanlıq ittihamları ilə məhkəmə qarşısına çıxarılıb və həbs olunub.

Aytən