Türkiyə Ərdoğanla bağlı həmin xəbəri rəsmən TƏKZİB ETDİ
İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan əlaqələrini hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə alması xahiş olunur".
Dünən Azərbaycanın bir sıra xəbər saytlarında və sosial şəbəkə hesablarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın guya Ermənistana - müharibədə həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr üçün 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzalaması haqda xəbər yayılıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu məlumat Türkiyə dövləti tərəfindən rəsmən təkzib edilir:
Təkzib açıqlamasında deyilir:
Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yer alan "Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın Ermənistanda həlak olan hərbçilərin ailələri, təqaüdçülər və xüsusi qayğıya ehtiyacı olan ailələr də daxil olmaqla, Ermənistan cəmiyyətinin həssas təbəqələrini dəstəkləmək üçün 10 milyon dollar maddi yardım göstərilməsi ilə bağlı sərəncam imzaladığı" barədə iddialar tamamilə əsassızdır.
İctimaiyyətin ölkəmizi və Türkiyə-Azərbaycan əlaqələrini hədəf alan dezinformasiyalara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə alması xahiş olunur".
Oğuz