UEFA Kərəm Aktürkoğluna görə "Fənəbağça"ya yoxlama göndərdi

UEFA Türkiyə Superliqası təmsilçisi “Fənərbağça”ya maliyyə hesabatlarını yoxlamaq üçün müfəttiş göndərib.

Jan 27, 2026 - 13:23
UEFA Kərəm Aktürkoğluna görə "Fənəbağça"ya yoxlama göndərdi

SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addımın səbəbi mövsüm əvvəlində komandaya qoşulan Kərəm Aktürkoğlu transferidir.

Finansal Fair Play (FFP) komitəsi və müstəqil audit şirkəti "Deloitte"dən beş nəfərlik heyət 48 saat ərzində klubun keçmiş ilin maliyyə qeydiyyatlarını və əməliyyatlarını dərindən təhlil edib. Əldə edilən nəticələr əsasında rəsmi hesabat hazırlanıb.

"Fənərbağça"nın təqdim etdiyi FFP hesabatlarından sonra əsas qiymətləndirmə mart ayında aparılacaq. Həmin vaxt Kərəm Aktürkoğlu ilə bağlı müqavilə detalları, sponsorluq anlaşmaları və ödəniş planları həm klubdan, həm də Türkiyə Futbol Federasiyasından (TFF) tələb olunacaq məlumatlarla ayrıca araşdırılacaq.

Yoxlama cari mövsümü əhatə etmir. 2025/2026 mövsümünə dair yoxlama "Fənərbağça"nın mart ayında təqdim edəcəyi hesabatla başlayacaq. UEFA oxşar yoxlamanı əvvəllər "Qalatasaray" üçün də həyata keçirib.

Qeyd edək ki, Kərəm Aktürkoğlu ötən ilin yayında Portuqaliyanın "Benfika" klubundan "Fənərbağöça"ya transfer olunub. 27 yaşlı futbolçunun Superliqa klubu ilə müqaviləsi 2029-cu ilə qədər nəzərdə tutulub.