Peskov Bəşər Əsədlə bağlı suala cavab vermədi
Kreml qaçqın Suriya prezidenti Bəşər Əsədin Rusiyada olması ilə bağlı heç bir məlumat paylaşmayacağını açıqlayıb.
SAVASHMEDİA.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.
“Bu mövzu ilə bağlı heç bir məlumatı paylaşa bilmərik”, – deyə Peskov Əsədin son bir il ərzində Rusiyada olub-olmaması və həmin dövrdə prezident Vladimir Putinlə görüşüb-görüşməməsi ilə bağlı suala cavab verərkən qeyd edib.
Xatırladaq ki, Bəşər Əsəd ötən ilin dekabr ayının əvvəlində Suriyadan qaçıb. Həmin vaxt “Heyət Təhrir əş-Şam” qruplaşmasının başçılıq etdiyi üsyançılar ölkənin şimalından hücuma keçərək cəmi iki həftəyə yaxın bir müddətdə Dəməşqi ələ keçirmiş və Əsəd rejiminin süqutuna səbəb olmuşdu. Bundan sonra keçmiş Suriya prezidenti Moskvaya sığınıb. Rusiya Əsədə və ailə üzvlərinə sığınacaq verib.
Aytən