“Pensiyalar hesabına Ukraynaya yardım etmək istəyirdi” - Almaniyada qalmaqal
“İstefaya göndərilən maliyyə naziri və Azad Demokrat Partiyasının (FDP) lideri Kristian Lindner Almaniyanın pensiyaları hesabına Ukraynaya yardım etmək istəyirdi”.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts “ARD” telekanalına müsahibəsində deyib.
“Ölkəmizdən bunu etməsini istəyirikmi? Biz nə deyirik ki, təhlükə altında olan qonşu ölkəyə dəstək verdiyimiz üçün bunu ölkəmizin gələcəyi bahasına edirik? Birlik hesabına? Bunu vətəndaşlar və pensiyaçılar ödəməlidirmi? Cavab – yox!”, - deyə kansler vurğulayıb
Şolts qeyd edib ki, ölkəsinin Ukraynaya dəstəyini və Almaniyanın müdafiəsinə sərmayə qoyulmasını sosial birlik, pensiya, səhiyyə və ya qayğı hesabına maliyyələşdirməyə hazır deyil.
“Hər ikisini etmək lazımdır. Təhlükəsizlik və birlik”, - deyə kansler əlavə edib.
O, həmçinin bildirib ki, Ukraynaya dəstəyi gücləndirməyi təklif edib, lakin Lindner bu təşəbbüsün həyata keçirilməsində passivlik nümayiş etdirib.
Xatırladaq ki, Şolts noyabrın 6-da axşam Lindnerin işdən çıxarıldığını və yanvar ayında etimad tələbi ilə Bundestaqa müraciət etmək niyyətində olduğunu bildirdi. Kansler keçmiş naziri onun etimadını doğrultmamaqda ittiham edib.
Alman hökumətindəki hakim koalisiya fikir ayrılıqları səbəbindən ölkənin gələn il üçün büdcəsi ilə bağlı razılığa gələ bilməyib və parçalanıb.
“ARD”-ın məlumatına görə, Bundestaq seçkiləri 2025-ci il fevralın 23-də keçirilə bilər.
Xatirə SADİQ