Kelloq etiraf etdi - “Bu, lap ağ olardı”
“Ukraynanın NATO-ya üzvlüyü müzakirə olunmur”.
SAVASHMEDİA.az xəbər verir ki, bunu Fox News-a ABŞ prezidentinin Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq deyib.
O, iddia edib ki, ABŞ tərəfi bu mövqeyini çoxdan diqqətə çatdırıb. “Sizə bir misal deyim. Çox dəqiq olduğumuza dair bir nümunə. NATO müzakirə olunmur. Siz NATO-nun bir hissəsi olmayacaqsınız. Bu yeni bir şey deyil. Biz bu barədə 2008-ci ilin fevralından, [ABŞ-nin Rusiyadakı səfiri Uilyam] Berns [o vaxtkı dövlət katibi] Kondoliza Raysa bunun lap ağ olduğunu dediyi vaxtdan danışırıq. Bu barədə mən 2013-cü ildə yazmışdım”, - deyə Kelloq vurğulayıb.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenskinin qələbə planında Ukraynanın NATO üzvü olması əsas şərtlərdən biri hesab olunur.
Xatirə SADİQ