Uruqvay millisinə ŞOK CƏZA – Federasiya LƏĞV ETDİ

2026-cı il Dünya Çempionatında uğursuz çıxış edən Uruqvay millisinin futbolçuları federasiya tərəfindən cəzalandırılıb.

Jun 29, 2026 - 00:31
Uruqvay millisinə ŞOK CƏZA – Federasiya LƏĞV ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, Uruqvay Futbol Federasiyası yığmanın ölkəyə qayıtması üçün əvvəlcədən ayrılmış xüsusi təyyarə reysini ləğv edib. Qərarın komandanın dünya çempionatında gözlənilən nəticəni göstərə bilməməsi ilə əlaqədar verildiyi qeyd olunub.

Nəticədə, futbolçular və məşqçilər heyəti Uruqvaya müntəzəm kommersiya reysləri ilə qayıdacaq, aviabiletlərin pulunu isə öz vəsaitləri hesabına ödəyəcəklər.

Xatırladaq ki, H qrupunda mübarizə aparan Uruqvay millisi üç oyunda cəmi 2 xal toplayaraq 1/16 final mərhələsinə yüksələ bilməyib. Komanda Səudiyyə Ərəbistanı (1:1) və Kabo-Verde (2:2) ilə heç-heçə edib, son turda isə İspaniyaya 0:1 hesabı ilə uduzaraq Dünya Çempionatı ilə vidalaşıb.

Beləliklə, Uruqvay Braziliya, Argentina, Paraqvay, Ekvador və Kolumbiyadan fərqli olaraq, 2026-cı il dünya çempionatında pley-off mərhələsinə vəsiqə qazana bilməyən yeganə Cənubi Amerika təmsilçisi olub.

Banu