Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki

Bakı-Tbilisi-Bakı qatarı ilə komfort və komfort+ sinifləri üzrə çəkisi 23 kq-dan çox olmayan bir ədəd baqajı pulsuz aparmaq mümkün olacaq.

May 22, 2026 - 16:05
Bakı-Tbilisi qatarında yükə görə də PUL ALINACAQ - Maksimum çəki

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə  “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Lüks sinifdə isə 30 kq-dan çox olmayan bir ədəd baqaj üçün ödəniş tələb olunmayacaq. 

“Bundan əlavə, kiçik əl yükü üçün də ödəniş tələb olunmur. Pulsuz aparıla bilən əşyalara qatlanan uşaq arabası da daxildir. Komfort+ kupesini tam bron edən sərnişinlər isə uşaq arabalarını həm də açıq vəziyyətdə daşıya bilərlər”, - qurumdan bildirilib.