Türkiyə parlamentində “Nə oldu, Paşinyan?” şüarı - VİDEO

İYİ Partiyasının sədri Müsavat Dervişoğlu Türkiyə Böyük Millət Məclisində keçirdiyi qrup toplantısında hakim Ədalət və İnkişaf Partiyasını (AKP) təndiq edib.

May 22, 2026 - 13:50
Türkiyə parlamentində “Nə oldu, Paşinyan?” şüarı - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, partiya sədri bu zaman “Nə oldu, Paşinyan?” sitatını səsləndirib.

“Bunlara (AKP-red) qalsa, hər şeyi edirdilər. Abdullah Öcalanı məclis kürsüsünə gətirirdilər. Ona “ümid haqqı” verirdilər. Ona status verirdilər. Niyə verə bilmədilər? Nə oldu, Paşinyan? Niyə edə bilmədin? Çünki İYİ Partiyası var. Ona görə edə bilmədin! Bu xalqa pislik etməyinizə icazə verməyəcəyik” – M. Dervişoğlu bildirib.

Xatırladaq ki, İYİ Partiyası 25 oktyabr 2017-ci ildə Meral Akşenerin rəhbərliyi altında qurulub. Partiya 2024-cü il bələdiyyə seçkilərində böyük səs itkisi ilə üzləşdiyi üçün Meral Akşener fövqəladə qurultay çağıraraq sədrliyə namizəd olmayacağını açıqlayıb. Bundan sonra, 27 aprel 2024-cü ildə keçirilən qurultayda Müsavat Dervişoğlu partiyanın yeni sədri seçilib.

Banu

Посмотреть эту публикацию в Instagram

Публикация от Zulfuqar Savaş (@savashmedia.az)