"İmamoğlu prezident olanda ondan bir şey istəyəcəyəm" - Özgür Özəl

Türkiyənin Cümhuriyyət Xalq Partiyası ötən gün Konya şəhərində “Millətin iradəsinə hörmət” şüarı ilə mitinq keçirib.

May 4, 2025 - 01:16
May 4, 2025 - 01:17
"İmamoğlu prezident olanda ondan bir şey istəyəcəyəm" - Özgür Özəl

SAVASHMEDİA.az xəbər verir ki, çox sayda insanın qatıldığı mitinqdə CHP sədri Özgür Özel ve Ankara Böyükşəhər Bələdiyyə başqanı Mansur Yavaş çıxış ediblər. 

Mansur Yavaş bildirib ki, Əkrem İmamoğlu həqiqətən korrupsiya və rüşvətə bulaşmış olsaydı, iqtidar bunun sübutlarını hər gün televiziya vasitəsilə yayımlayardı. Lakin ortada heç bir sübut yoxdur.

Xalqın seçkilərdə Əkrəm İmamoğlunu prezident seçəcəyinə əmin olduğunu bildirən Özgür Özel isə ondan nə tələb edəcəyini açıqlayıb:

“Əkrəm başqan prezident olanda, əlbəttə, hamımız ondan xidmət gözləyəcəyik, hərəmiz bir şey istəyəcəyik. Mənim Əkrəm başqandan istəyəcəyim tək şey isə bir nazirlik təsis etməsi olacaq -  Zəlzələ nazirliyi. İstəyirəm ki, bu nazirliyə başçılıq edəcək nazirin bütün partiyalardan köməkçiləri olsun. Çünki zəlzələ məsələsi zarafat deyil, bunun siyasəti də olmaz”.

Banu