Netanyahu çıxış edərkən zaldan çıxan və zalda qalan MÜSƏLMAN ÖLKƏLƏRİ - SİYAHI
İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışa başlayarkən bir çox müsəlman ölkəsinin nümayəndə heyəti zalı tərk edib.
SAVASHMEDİA.az xəbər verir ki, hadisə sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasında baş verib.
Nümayəndə heyətlərinin etirazı əsasən İsrailin Qəzzadakı hərbi əməliyyatlarına və Fələstin siyasətinə yönəlib.
Maraqlıdır, hansı müsəlman ölkələrinin nümayəndələri Netanyahunun çıxışına etiraz əlaməti olaraq zalı tərk edib?
Bu siyahıda Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Qətər, İraq, Küveyt, Oman, Suriya, Livan, Misir, İordaniya, Əlcəzair, Tunis, Yəmən, Pakistan, Banqladeş, İndoneziya və Malayziya yer alıb.
İsrail tərəfinin hesablamasına görə isə ümumilikdə 77 ölkənin nümayəndələri ya zalda olmayıb, ya da Netanyahu çıxışa başlayanda məkanı tərk ediblər. Lakin həmin 77 ölkənin hamısının məhz etiraz məqsədilə zalı tərk etdiyi təsdiqlənməyib.
Türkiyənin "Anadolu" agentliyinin BMT iclasının görüntülərinə əsaslanan məlumatına görə isə Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qazaxıstan Netanyahu çıxış edərkən zalda qalan müsəlman ölkələri siyahısında qərarlaşıb.
Oğuz