Suriya hökuməti Dəməşqə gələn Rusiya rəsmilərindən təzminat istədi 

Suriyanın yeni hakimiyyəti keçmiş prezident Bəşər Əsəd rejimi devrildikdən sonra bu ölkəyə ilk dəfə səfər edən Rusiya nümayəndə heyətindən təzminat tələb edib.

Jan 29, 2025 - 09:58
Suriya hökuməti Dəməşqə gələn Rusiya rəsmilərindən təzminat istədi 

SAVASHMEDİA.az Suriyanın "Sana" agentliyinə istinadla xəbər verir ki, təzminat iki ölkə arasında “etimadı bərpa etmək üçün” istənilib.

“Rusiya tərəfi Suriyada davam edən müsbət dəyişiklikləri dəstəklədiyini təsdiqləyib. Dialoq zamanı Rusiyanın  yenidənqurma və bərpa işləri həyata keçirməsi və təzminat ödəməsinin Suriya xalqı ilə etimadın bərpasında rolunun olduğu vurğulanıb”, - materialda deyilir.

Danışıqlar zamanı Suriya tərəfi Moskvanın nəzərinə “keçmiş səhvləri nəzərə almaq, Suriya xalqının iradəsinə hörmət etmək və onların maraqlarına xidmət etmək” zərurətini çatdırıb.

Xatırladaq ki, yanvarın 28-də Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti Dəməşqə gəlib . Bu , prezident Bəşər Əsəd hakimiyyətdən getdikdən sonra Rusiya nümayəndələrinin Suriyaya ilk səfəri idi .