Putinin Zelenskidən olan nəvəsi Elza ilə bağlı HƏR ŞEY - FOTO

Rusiya mətbuatı ölkə Prezidenti Vladimir Putinin qız nəvəsinin adını açıqlayıb.

Sep 25, 2026 - 22:55
Putinin Zelenskidən olan nəvəsi Elza ilə bağlı HƏR ŞEY - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, adı Elza olan 8 yaşlı qızcığaz Vladimir Putinin qızı Katerina Tixonova ilə baletmeyster İqor Zelenskinin övladıdır. Elza 2017-ci ilin dekabrında doğulub.

Məlumata görə, Putinin nəvəsinin xaricə ilk səfəri 2019-cu il noyabrın 11-də baş tutub. Həmin vaxt o valideynləri ilə birgə Almaniyanın “Air Hamburg” aviaşirkətinə (hazırda VistaJet adlanır –red) məxsus biznes-jetlə Münhenə uçub. Həmin vaxt Elzanın atası İqor Zelenski Münhendə işləyib.

Fotoda Putinin qızı Katerina və İqor Zelenski

Sənədlərdə Elzanın adına ikinci dəfə təxminən 2 il sonra “Bombardier Global 5000” təyyarəsi ilə Xorvatiyaya uçduğu zaman rast gəlinib.

Mətbuatın Federal Sərhəd Xidmətinin sızdırılmış məlumat bazasına əsasən yazdığına görə, balaca Elza hər iki səfər zamanı sərhədçilərin məlumat bazasında “Elza İqorevna Tixonova” adı ilə qeyd olunub.

Yəni Elzanın adı rəsmi sənədlərdə Elza İqorevna Tixonova gedir. O, atasının adını daşısa da (İqorevna-red), soyadını (Zelenskaya-red) daşımır. 

“Tixonova” Vladimir Putinin qızı Katerinanın hazırda istifadə etdiyi soyadıdır. Putinin qızının rəsmi sənədlərdə ilk ad və soyadı Yekaterina Vladimirovna Putina olub. Lakin sonradan o adını Katerina Tixonovaya dəyişib. “Tixonova” soyadının Katerinanın anasının ailə xətti ilə bağlı olduğu qeyd edilir. 

Katerina Tixonova 100 milyard rubldan çox büdcəyə malik Moskva Dövlət Universitetinin elmi-texnoloji vadisi kimi nəzərdə tutulan “İnnopraktika” fondunun rəhbəridir.

O, 2013-cü ildə Putinin dostu Nikolay Şamalovun oğlu Kirill Şamalovla ailə qurub. Bir müddət sonra boşanıb. Katerina Tixonova 2017-ci ildən İqor Zelenski ilə münasibət qurub və elə həmin ilin sonunda da qızı Elza doğulub. Hollivud filmlərinə dərin marağı olan Katerina qızına da Elza adını Hollivudun məşhur “Frozen” (“Buzlar ölkəsi”) animasiya filmindəki şahzadə Elzanın şərəfinə verib.

Mətbuat yazır ki, Putinin ailəsində fərqli soyaddan istifadə edən tək insan Katerina deyil.

Məsələn, Putinin Alina Kabayeva ilə münasibətindən olan oğullarının-  İvan və Vladimirin soyadı Spiridonovdur. Rusiya prezidenti babası Spiridonun adını övladlarına soyad kimi verib. Putinin Svetlana Krivonoqixlə nikahdankənar münasibətindən doğulan qızı Luiza isə Rozova soyadını daşıyır.

Banu