Gələn həftənin BU GÜNLƏRİ iş olmayacaq

May ayında Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar ölkədə 5 gün ardıcıl qeyri-iş günü olacaq.

May 23, 2026 - 19:17
Gələn həftənin BU GÜNLƏRİ iş olmayacaq

SAVASHMEDİA.az xəbər verir ki, bu il Qurban bayramı 27 və 28 may tarixlərinə təsadüf edir. 

Qurban bayramı 28 May - Müstəqillik Günü bayramla üst-üstə düşdüyündən 29 may da istirahət günü hesab olunacaq.

Bundan əlavə, 30 may şənbə, 31 may isə bazar gününə təsadüf edir.

Beləliklə, vətəndaşlar 27-31 may tarixlərini əhatə edən 5 günlük fasilədən yararlanacaqlar.