Bakıda liftdə qalan 3 nəfər belə xilas edildi - VİDEO

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində on altı mərtəbəli yaşayış binasının liftində qalan vətəndaşlar xilas edilib.

Feb 24, 2025 - 01:05
Bakıda liftdə qalan 3 nəfər belə xilas edildi - VİDEO

FHN-dən SAVASHMEDİA.az-a daxil olan məlumata görə, dərhal əraziyə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan 3 nəfər xilas edilib.