Koda düşmüş qaz sayğacları blokdan necə çıxarılır? - Sadə izah + VİDEO

Qış aylarının əsas problemlərindən biri də qaz sayğaclarının koda düşməsidir.

Feb 24, 2025 - 01:00
Koda düşmüş qaz sayğacları blokdan necə çıxarılır? - Sadə izah + VİDEO

SAVASHMEDİA.az sayğacların blokdan çıxarılması təlimatını təqdim edir. 

Bunun üçün abonentlər göstərilən təlimatları ardıcıllıqla yerinə yetirməlidirlər.

 1. Smart tipli sayğac koda düşdükdə ilk öncə  kart koda düşmüş sayğaca daxil edilir. Bu zaman sayğacın ekranında olan informasiya  avtomatik olaraq həmin abonentin kartının yaddaşına köçürülür və iki siqnal səsindən sonra kart sayğacdan  çıxarılır.

2. İstənilən ödəmə məntəqəsində kartın balansına minimum 1 AZN və ya daha artıq miqdarda məbləğ ödənilir.

3. Ödəniş həyata keçirildikdən sonra abonentin mənzilində olan qaz cıhazları təhlükəsilik tələblərinə uyğun olaraq sızma testinin aparılması üçün bağlı vəziyyətdə saxlanılmalıdır.

4. Kart ödəniş həyata keçirmək üçün sayğaca daxil edilir və iki siqnal səsindən sonra kart sayğacdan  çıxarılır.

5. Sayğacın üzərindəki göy düymə  (klapan aç) 5 saniyə sıxılı saxlanılır.Bu zaman sayğac özü avtomatik olaraq 190 saniyədən geri saymağa başlayır. Göstərilən müddət bitdikdən sonra saygac koddan çıxır və  təbii qazın verilişi bərpa olunur.