Kişilərdə cinsi zəifliyin əsas səbəbləri 

Cinsi zəiflik kişilər arasında geniş yayılmış xəstəliklərdən və psixoloji problemlərdən biridir. Cinsi zəiflik uzun müddət hiss olunduqda daha ağır psixoloji problemlərə də səbəb ola bilər.

Feb 24, 2025 - 00:51
Kişilərdə cinsi zəifliyin əsas səbəbləri 

Bəs cinsi zəifliyə ən çox necə pasiyentlərdə rast gəlinir?

Şəkər xəstəliyi və ürək xəstəliklərindən əziyyət çəkənlər

Sinir sistemi xəstəlikləri

Alkoqolizmdən əziyyət çəkənlər

Xroniki xəstəliklər

Hormonal pozuntular

Sidik yolu xəstəlikləri

Prostat

Piylənmə kimi xəstəlikləri olanlar,

Penisin anatomik pozuntuları mövcud olan kişilər və s.

Bu risk qruplarına aid olan şəxslərin davamlı müayinələrdən keçməsi və cinsi sağlamlığını yoxlaması mütləqdir.

Cinsi zəiflik və erkən boşalma

Bəzi hallarda aşkarlayırıq ki, pasiyentdə mövcud olan əsas problem cinsi zəiflik yox, erkən boşalmaya bağlı olaraq ortaya çıxan cinsi zəiflik problemidir. Çünki bəzi hallarda erkən boşalmaya bağlı olaraq ereksiya davam edə bilmir və kişilər cinsi əlaqədən qaçırlar.

Cinsi zəifliyin müalicəsi

Cinsi zəifliyin müalicəsində pasiyenti ətraflı şəkildə dinləmək, bütün fərdi xüsusiyyətlərini anlamaq önəmlidir. Həmçinin müalicə prosesində onun gündəlik vərdişlərindən tutmuş tibbi müalicə metodlarınadək dəyişikliklər təklif olunur. Bəzi hallarda cərrahi müdaxilə ilə müalicə də planlana bilər. 35 yaşdan sonra bir qism xəstələri əhatə edən cinsi zəiflik, kişilərdə 40 yaşdan sonra daha geniş yayılmış bir problemdir.