CHP sədri Prezident İlham Əliyevi təbrik etdi
Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
SAVASHMEDİA.az xəbər verir ki, CNN Türkün məlumatına görə, Özgür Özəl Azərbaycan xalqını Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə təbrik edib, şəhidlərin əziz xatirəsini ehtiramla andığını bildirib.
CHP lideri vurğulayıb ki, Türkiyə və Azərbaycan tarixən dərin dostluq və qardaşlıq bağları ilə birləşir, bu səbəbdən Azərbaycanın sevinc və kədəri Türkiyədə də səmimi şəkildə hiss olunur.