"Putin böyük bəlaya düçar olacaq, o tələsməlidir" - Trampın Ağ Evdən ilk bəyanatı
ABŞ prezidenti Donald Tramp bildirib ki, Putin Ukraynada müharibəyə son qoymaq üçün saziş bağlamaqdan imtina edərsə, Rusiya böyük problemlərlə üzləşəcək.
SAVASHMEDİA.az-ın xəbərinə görə, Tramp Ağ Evin Oval kabinetində jurnalistlərlə söhbətində Putini tələsməyə çağırıb:
“Ukrayna Prezidenti Vladimir Zelenski razılıq əldə etmək istəyir. Bilmirəm, Putin bunu istəyir, ya yox. Amma o, müqavilə bağlamalıdır. Düşünürəm ki, Putin müqavilə bağlamamaqla Rusiyanı məhv edir. Düşünürəm ki, Putin Rusiyanl böyük bəlaya düçar edəcək”.
Tramp əlavə edib ki, Putin üç ildir davam etdiyi üçün müharibənin necə getdiyindən “məmnun ola bilməz”. O, Rusiya prezidenti ilə “mümkün qədər tez” görüşəcəyini və “hər şeyi öyrənəcəyini” vəd edib.
Tramp, həmçinin dövlət başçısı vəzifəsinə başlayandan sonra 24 saat ərzində Ukraynada müharibəni bitirmək barədə seçki vədini şərh edib.
“Cəmi yarım gündür. Hələ yarım günüm qalıb. Gəlin görək. Biz sülhə nail olmaq istəyirik”, - Tramp bildirib.
Oğuz