Salome Zurabişvili ABŞ-nin yeni dövlət katibi ilə tanış oldu

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ABŞ-nin yeni dövlət katibi Marko Rubio ilə görüşüb.

Jan 21, 2025 - 07:32
Salome Zurabişvili ABŞ-nin yeni dövlət katibi ilə tanış oldu

SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, bu barədə Zurabişvili “X” sosial şəbəkəsində yazıb. 

Bu görüş ABŞ prezidenti Donald Trampın andiçmə mərasimi çərçivəsində baş tutub. Görüş zamanı respublikaçı konqresmen Co Uilson Gürcüstanın keşmiş prezidentini dövlət katibi Mark Rubio ilə tanış edib. 

Zurabişvili postunda bütün yüksək səviyyəli əlaqələri asanlaşdırdığına və Gürcüstanın azadlıq mübarizəsini dəstəklədiyinə görə Uilsona təşəkkür edib, sonra isə dövlət katibini də təbrik edib.

“Mark Rubionu bu gün təsdiqləndiyinə görə təbrik edirəm. Gürcüstan regionda sabitliyin, sülhün və demokratiyanın təmin edilməsində sizin iştirakınıza ümid edir. Regionda Rusiya, Çin maraqlarına qarşı dayanmaq zəruridir”, - Zurabişvili yazıb.

Qeyd edək ki, yanvarın 20-də ABŞ Senatı yekdilliklə respublikaçı senator Marko Rubionu dövlət katibi vəzifəsinə təsdiq edib.

53 yaşlı Rubio kubalı mühacirlərin oğludur. O, kommunistlərin rəhbərlik etdiyi adaya və onun müttəfiqlərinə, xüsusən də Venesuela prezidenti Nikolas Maduro hökumətinə qarşı sərt repressiyaların tərəfdarı, Çinin sərt tənqidçisi və İsrailin müdafiəçisidir.

Xatirə SADİQ