Elçibəyin Kələkiyə getdiyi günlə bağlı ETİRAF - "Təyyarə havaya qalxanda..."
Azərbaycanın sabiq baş naziri, keçmiş deputat Pənah Hüseyn mərhum prezident Əbülfəz Elçibəyin 1993-cü ildə Bakını tərk edərək Kələkiyə getməsi ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az xəbər verir ki, modern.az-ın mövzu ilə bağlı sualını cavablandıran Pənah Hüseyn artıq həmin vaxt Baş nazir vəzifəsini icra etmədiyini deyib.
Onun sözlərinə görə, istefası hələ rəsmən qəbul olunmasa da, iyunun 18-dən etibarən vəzifə səlahiyyətlərini yerinə yetirmirdi.
Keçmiş baş nazir Əbülfəz Elçibəyin Bakını tərk etmək qərarından əvvəlcədən xəbərdar olmadığını bildirib:
"Mənim təyyarə havaya qalxdıqdan sonra xəbərim olub. Çünki onu yola salan vəzifəli şəxslərdən biri yaşadığım mənzilə gələrək Prezident təyyarəsinin hava limanından uçduğunu dedi".
Oğuz