Makronla Merts xanımlarını səhv saldılar - G7-dəki maraqlı anın VİDEOSU
Fransada keçirilən G7 zirvəsi çərçivəsində liderlərin qarşılanma mərasimində maraqlı anlar yaşanıb.
SAVASHMEDİA.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron Almaniya Kansleri Fridrix Merts və xanımı Şarlotta Mertsi salamladıqdan sonra şəkil çəkdirmək üçün kameralar qarşısına keçiblər.
Bu zaman liderlər xanımlarını səhv salıblar. Belə ki, Bricit Makron Fridrix Mertsin, Şarlotta Merts isə Emmanuel Makronun yanında dayanıb. Lakin tezliklə vəziyyət anlaşılıb və Makron xanımının əlindən tutaraq onu öz yanına gətirib.
Şarlotta Merts isə öz yerində dayanıb. Daha sonra liderlər şəkil çəkdiriblər.
Banu
Посмотреть эту публикацию в Instagram