İran və ABŞ "start heyətləri"ni AÇIQLADI - İslamabadda "penaltiləri kimlər vuracaq"?

Məlum olduğu kimi, ABŞ-İran danışıqları aprel ayının 10-da Pakistanın paytaxtı İslamabad şəhərində keçiriləcək.

Apr 8, 2026 - 12:19
İran və ABŞ "start heyətləri"ni AÇIQLADI - İslamabadda "penaltiləri kimlər vuracaq"?

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən danışıqlarda tərəfləri təmsil edəcək nümayəndə heyətləri bəlli olub.

Məlumata görə, İran nümayəndə heyəti İslamabada parlamentin spikeri Məhəmməd Baqir Qalibafın başçılığı altında gedəcək.

Xatırladaq ki, Qalibaf müharibə dövründə İranın həm hərbi, həm də siyasi elitasında ən nüfuzlu simalardan biri hesab olunur.

CNN-in məlumatına görə isə ABŞ tərəfindən danışıqlar masasında vitse-prezident Cey Di Vens əyləşəcək. ABŞ nümayəndə heyətinə həmçinin prezidentin xüsusi elçisi Stiv Uitkoff və Yaxın Şərq üzrə təcrübəli diplomatik gedişləri ilə tanınan sahibkar Cared Kuşner də daxildir.

Donald Trampın şəxsi nəzarəti altında keçirilən bu görüşdə əsas məqsəd 15 bəndlik genişmiqyaslı sülh planını və Hörmüz boğazının tam açılmasını rəsmiləşdirməkdir.

Oğuz