Yeni stansiyalar üzrə işlər nə vaxt BAŞLAYIR? - RƏSMİ

"Yaşıl xətt"in yeni tikiləcək dörd stansiyası ilə bağlı bu ilin sonuna qədər tender prosesi icra ediləcək.

Apr 8, 2026 - 11:40
Yeni stansiyalar üzrə işlər nə vaxt BAŞLAYIR? - RƏSMİ

SAVASHMEDİA.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Tikinti Layihələrinin İdarəolunması departamentinin rəis müavini Məmməd Rzayev deyib.

Onun sözlərinə görə, tender prosesinin nəticələri ictimaiyyətə açıqlanacaq.

Qeyd olunub ki, cari il üzrə əsas hədəflərdən biri də Xocasən və Dərnəgül depoları üzrə tender proseslərinin həyata keçirilməsidir. 

Belə ki, Xocasən deposunun ikinci mərhələsinin, eyni zamanda Dərnəgül deposunun üçüncü mərhələsinin tamamlanması, hər iki obyekt üzrə işlərin yekunlaşdırılması və tam istismara verilməsi məqsədilə tenderlər keçiriləcək və tikinti işlərinə başlanılacaq.