Bayrama görə işçilərə 1000 manat verilib - ƏMR
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizovun əmri ilə universitetin əməkdaşları qarşıdan gələn bayramlarla əlaqədar pul mükafatı alıblar.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.
Məlumata görə, onlara 1000 AZN məbləğində mükafat verilib.
Qeyd olunub ki, mükafat universitetdə çalışan bütün işçi heyəti əhatə edir.
Aytən