Emin Əmrullayev ona vəzifə verdi

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsinə yeni təyinat olub. 

Dec 18, 2025 - 12:10
Emin Əmrullayev ona vəzifə verdi

Bu barədə SAVASHMEDİA.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu vəzifəyə elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli gətirilib.

Qeyd edək ki, daha əvvəl sözügedən vəzifəni Elnur Nəsibov tuturdu. 2022-ci ildən həmin vəzifədə olan E.Nəsibov bu ilin oktyabrında öz ərizəsi ilə işdən çıxıb. 

Bu barədə ilk xəbəri “Azərbaycan Universitetləri” səhifəsi yayıb.

Oğuz