Sürücülük vəsiqəsi imtahanında ən çox verilən suallar - BUNLARDIR

Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyən minlərlə namizəd nəzəri imtahanda çətinliklə üzləşir. 

Jul 5, 2026 - 21:51
Sürücülük vəsiqəsi imtahanında ən çox verilən suallar - BUNLARDIR

SAVASHMEDİA.az xatırladır ki, sürücülük vəsiqəsi imtahanında ən çox verilən suallarla bağlı kiçik araşdırma aparıb.

İmtahanda əsasən yol nişanları, nişanlanma xətləri, yolayrıclarında hərəkət qaydaları, üstünlük hüququ, svetofor siqnalları, dayanma və durma qaydaları, ötmə, parklanma, piyadaların hüquqları və ilk tibbi yardım barədə suallar üstünlük təşkil edir.

Bundan başqa, yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr və sürücünün məsuliyyəti ilə bağlı suallar da imtahanda tez-tez rast gəlinən mövzular sırasındadır.

Unutmaq olmaz ki, imtahana hazırlaşarkən yalnız testləri əzbərləmək kifayət etmir. Yol hərəkəti qaydalarını başa düşmək və müxtəlif situasiyaları analiz etmək uğur şansını xeyli artırır.

Qeyd edək ki, nəzəri imtahandan uğurla keçən namizədlər daha sonra praktiki sürücülük imtahanında da bilik və bacarıqlarını nümayiş etdirməlidirlər.

Aytən