Sürücülük vəsiqəsi almaq istəyənlərə şad xəbər - Qayda DƏYİŞDİ
Azərbaycanda sürücülük vəsiqəsi almaq istəyənlər üçün mühüm dəyişiklik edilib.
SAVASHMEDİA.az xəbər verir ki, indiyədək cəmi 30 gün etibarlı olan sürücülüyə yararlılıq barədə tibbi arayışın müddəti 60 günə çatdırılıb.
TƏBİB-dən bildirilib ki, vətəndaşların təkrar müayinələrə məcbur qalması nəzərə alınaraq tibbi arayışın etibarlılıq müddəti artırılıb.
Beləliklə, sürücülük vəsiqəsi almaq istəyənlər artıq arayışdan iki ay ərzində istifadə edə biləcəklər.
Oğuz