SEPAH Müctəbaya atası ilə vidalaşmaq icazəsi vermədi - Özü qatılmaq istəyib
İranın yeni Ali Rəhbəri Müctəba Xamenei atası Əli Xameneinin vida və dəfn mərasimlərinə qatılmaq istəsə də, ona belə bir icazə verilməyib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "New York Times" öz mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Müctəba Xamenei dəfn mərasiminin bir hissəsinə qatılmaq, xüsusilə də Məşhəddə keçiriləcək son mərasimdə atası üçün cənazə namazı qılmaq istədiyini deyib. Lakin SEPAH rəhbərliyi onun ictimaiyyət qarşısına çıxmasının ciddi risk yaradacağını əsas gətirərək buna razılıq verməyiblər.
Qeyd edək ki, Tehranda keçirilən vida mərasimində Əli Xameneinin digər oğulları - Mustafa, Məsud və Meysəm iştirak ediblər.
Xatırladaq ki, Müctəba Xamenei fevral ayında ABŞ və İsrailin hücumları zamanı yaralanmışdı. İran rəsmiləri onun vəziyyətinin yaxşı olduğunu bildirsələr də, o hələ də üzə çıxmayıb.
Səlcuq