"Dillərini öyrənib o ölkənin prezidenti olacağam" - Tramp 

“Venesuela prezidenti olmaq istəyirəm”.

Apr 7, 2026 - 12:11
"Dillərini öyrənib o ölkənin prezidenti olacağam" - Tramp 

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp zarafatla Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib.

“İranla müharibəni bitirdikdən sonra Venesuelaya gedəcəyəm. Tez zamanda ispan dilini öyrənəcəyəm. Çox çəkməyəcək. Dilləri yaxşı bilirəm. Venesuleaya gedəcəyəm və orada prezidentliyə namizədliyimi irəli sürəcəyəm”,  – D.Tramp qeyd edib.

Xatırladaq ki, Venesuela Prezidenti Nikolas Maduro və xanımı Cilia Flores yanvarın 3-də ABŞ-nin “Delta Force” xüsusi təyinatlılarının keçirdiyi əməliyyatla saxlanılıb. Ölkədə yanvarın 5-dən prezident postu boşdur, Venesuela prezidentinin səlahiyyətlərini Delsi Rodriqez icra edir.

Banu