Video süni intellektlə çəkilib, Qumda müalicə alır - Müctəba ilə bağlı yeni xəbər

İranın yeni ali rəhbəri Müctəba Xamenei iş qabiliyyətini itirib, Qum şəhərində müalicə olunur, bu səbəbdən ölkəni idarə edə bilmir. 

Apr 7, 2026 - 11:38
Video süni intellektlə çəkilib, Qumda müalicə alır - Müctəba ilə bağlı yeni xəbər

SAVASHMEDİA.az xəbər verir ki, Bunu Londonda dərc olunan "The Times" qəzeti əldə etdiyi kəşfiyyat məlumatına istinadla yazıb.

Məlumatın ABŞ və İsrailin Fars körfəzi müttəfiqləri ilə paylaşdığı kəşfiyyat bilgisinə əsaslandığı deyilir. Məlumata görə, Müctəba atasının, Əli Xameneinin öldürüldüyü hücumda yaralanıb, ağır və huşsuz vəziyyətdədir.

Xameneinin yeni ali lider elan olunandan bəri ictimaiyyət qarşısında görünməməsi, yalnız yazılı bəyanatlarının, süni intellektlə hazırlanmış görüntülərin yayılması onun rəhbərliyi ilə bağlı şübhələri artırıb.

Məlumatda o da bildirilir ki, Qumda ata Xameneinin dəfninə hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə planlarının olduğu vurğulanır.

Oğuz