Hava proqnozu dəyişdi - Bu gecə Bakıda...
Bakıda və Abşeron yarımadası ilə bağlı hava proqnozu yenilənib.
SAVASHMEDİA.az xatırladır ki, əvvəlki proqnozda yağmursuz hava şəraiti gözlənilsə də, son məlumatda gecə saatları üçün qısamüddətli yağış və şimşək ehtimalı əlavə edilib.
Bu barədə Milli Hidrometeorologiya Xidmətinin yenilənmiş məlumatında bildirilib.
Qeyd olunub ki, iyulun 18-də mülayim şimal-qərb küləyi əsəcək və havanın temperaturu gecə 22-26° isti, gündüz 30-35° isti olacaq.
Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 50-60 % təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz, lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və axşam bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 33-38° isti, dağlarda gecə 14-18° isti, gündüz 22-27° isti olacaq.