Meloni Paris sammitinə qarşı çıxdı - “Bu, anti-Tramp formatıdır”

Avropa liderlərinin Parisdə keçirilən sammitində iştirak edən İtaliyanın baş naziri Corcia Meloni görüşü “anti-Tramp” adlandırıb. 

Feb 18, 2025 - 12:11
Meloni Paris sammitinə qarşı çıxdı - “Bu, anti-Tramp formatıdır”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə ANSA məlumat yayıb.

Məlumata görə, Meloni liderlərin görüşünə tədbirin başlamasından bir saat sonra gəlib. 

Sammitdən sonra isə İtaliyanın baş naziri sammitin təkliflərlə və dəvətlilərin sayı ilə razılaşmadığını bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsi üçün birgə qərarlar qəbul etmək üçün yeganə yer Brüssel olmalı idi. Meloni həmçinin vurğulayıb ki, görüşlər “anti-Tramp formatında” keçirilə bilməz.

“Birləşmiş Ştatlar sülhə nail olmaq üçün çalışır və biz də öz rolumuzu oynamalıyıq”, - deyə Meloni əlavə edib.

O, həmçinin qeyd edib ki, Kiyev üçün adekvat təhlükəsizlik zəmanəti olmadan istənilən danışıqlar uğursuzluqla nəticələnə bilər.

Meloni buna görə də başqa yolları araşdırmağa və hər şeydən əvvəl ABŞ-ni cəlb etməyə çağırıb. Çünki, onun sözlərinə görə, Avropa və Amerika təhlükəsizliyinin bazası məhz Avro-Atlantik kontekstinə söykənir.

Xatırladaq ki, Trampın xüsusi elçisi Kit Kelloqun ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Avropanı danışıqlar masası arxasında görmədiyini bəyan etməsindən sonra Fransa prezidenti Emmanuel Makron tərəfindən çağırılan təcili sammit Parisdə keçirilib.

Xatirə SADİQ