“Mask nömrəsini dəyişib, zəng edə bilmirəm” - GİLEY
Amerikalı milyarder İlon Mask prezidentin qanun layihəsini tənqid etdikdən sonra mobil telefon nömrəsini dəyişib və Nümayəndələr Palatasının sədrinin mesajlarına cavab verməyi dayandırıb.
SAVASHMEDİA.az “TheNew York Post” nəşrinə istinadən xəbər verir ki, bunu spiker Mayk Conson özü “Pod Force One” podkastında deyib.
Konqresmen qeyd edib ki, milyarder ona üçüncü şəxslər vasitəsilə mesajlar ötürür.
“Ümumiyyətlə, o, nə etdiyimizi bilirdi və biz bu barədə danışırdıq. O, aylarla bizim [qanun layihəsi üzərində] işlədiyimizi bilirdi və mən onu məsələdən agah saxlayırdım. Ola bilsin, nəticə, məsələn, elektrik nəqliyyat vasitələri, Bayden mandatları və sair baxımından onun gözləntilərini tam doğrultmadı”, - deyə spiker təxmin edib.
Xatırladaq ki, Mask president Trampın təklif etdiyi vergi qanun layihəsini sərt tənqid edib. “Bağışlayın, mən daha buna dözə bilmirəm”, deyən sahibkar iyun ayında X-də qanun layihəsini “bıabırçı” və “çirkin iyrənclik” adlandırdı. O, qanun layihəsinə cavab olaraq həm demokratlar, həm də respublikaçılarla rəqabət aparacaq bir partiya yaradacağını bəyan etdi.
Xatirə SADİQ