İsrailin Dəməşqə zərbəsi canlı efirdə yayımlandı - VİDEO
İsrail ordusunun paytaxt Dəməşqdəki Baş Qərargahının binasını vurduğu an Suriya telekanalının canlı efirində yayımlanıb.
SAVASHMEDİA.az “The Times of İsrael” nəşrinə istinadən xəbər verir ki, videonu İsrailin müdafiə naziri İsrael Kats yayıb.
Nəər qeyd edir ki, zərbələrə Suriyanın Əs-Suveyda şəhərində baş verən hadisələr səbəb olub. Əhalisinin əksəriyyətini druzların təşkil etdiyi bölgəyə Suriya qoşunları daxil olub və onların arasında qanlı toqquşmalar başlayıb.
“İsraildəki druz vətəndaşlarımızla dərin qardaşlıq ittifaqı, habelə onların Suriyadakı druzlarla ailə və tarixi bağları naminə İsrail Suriyadakı druzlara zərərin qarşısını almağa sadiqdir. Biz Suriya rejiminin druzlara zərər verməsinin qarşısını almaq və Suriya ilə sərhədimizə bitişik ərazinin demilitarizasiyasını təmin etmək üzərində çalışırıq”, - deyə Kats vurğulayıb.
Xatirə SADİQ